Azərbaycan üçün daha bir qızıl medal

Azərbaycan üçün daha bir qızıl medal

Azərbaycan sablyaçısı Anna Başta Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Satellite” seriyalı beynəlxalq turnirdə qızıl medal qazanıb.
 
Sport7.az xəbər verir ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran Başta 1/8 finalda tunisli Ben Çaabane Amiranı 15:4 hesabı ilə yenib.
 
O, 1/4-də özbəkistanlı Paola Plieqonu 15:5, yarımfinalda Türkiyə təmsilçisi İrina Şçuku 15:10 hesab ilə məğlub edib. Finalda isə Başta gürcüstanlı Teodara Kaxianini 15:12 hesabı ilə üstələyib.
 
Digər sablyaçılardan Səbinə Kərimova, Sevil Bünyatova və Valeriya Bolşakova qrup mərhələsini asanlıqla adlayıb. Bünyatova qrupda 5, Kərimova və Bolşakova 4 qələbə qazanıb. Bolşakova 1/8 finalda Kaxianiyə 12:15 hesabı ilə uduzub. Kərimova bu mərhələdə türkiyəli sablyaçı Kose Fatma Zəhraya 11:15 hesabı ilə məğlub olub. Bünyatova isə 1/8 finalda Paola Plieqo ilə görüşü 9:15 hesabı ilə geridə bitirib. Qrup mərhələsini 1 qələbə ilə başa vuran Aysel Əhədova isə mübarizəni erkən dayandırıb.

Kişi sablyaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə bitirən Cavanşir Ağakişiyev 1/16 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Əli Əlhüseynə 6:15 hesabı ilə məğlub olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR