Azərbaycan uduzdu, Foqts qaçdı

Azərbaycan uduzdu, Foqts qaçdı

Milli komandamız AVRO-2016-nın seçmə mərhələsinə çıxışına start verib. "Sport7" xəbər verir ki, komandamızın rəqibi Bolqarıstan millisi olub.

Hesabı 14-cü dəqiqədə İlian Miçanski açıb. 54-cü dəqiqədə Dmitri Nazarov tarazlığı bərpa etsə də, bolqarlar qələbə qolunu vura bilib. Belə ki, 87-ci dəqiqədə Ventsislav Xristov ikinci topu milli komandamızın qapısından keçirib.

Bununla da Bolqarıstan milli komandamızın AVRO-2016 iddiasının boş vəddən başqa bir şey olmadığını göstərib. Bu günə qədər qitə birinciliyinə vəsiqə iddiasında olan AFFA rəhbərliyi və Berti Foqts bu matçın vacibliyini bildirirdi. Yəqin ki, bundan sonra belə bir iddia ilə çıxış edərkən daha çox düşünərlər.


FOQTS QAÇDI


Berti Foqts Bolqarıstanla oyundan sonra keçirilən mətbuat konfransını yarımçıq tərk edib.

Buna səbəb onun jurnalistin verdiyi suala əsəbiləşməsi olub.

Belə ki, həmkarlarımız amlan çalışdırıcıya "Rüfət Dadaşovu 90 dəqiqə oynatdınız. Onu hansı keyfiyyətlərinə görə yığmaya çağırırsınız" sualına almanca cavab verərək zalı tərk edib.

Onu da qeyd edək ki, millimiz 2-ci topu buraxdıqdan sonra fanatlar "İstefa" şüarları səsləndirməyə başlayıblar. Onların bir hissəsi isə tribunaları tərk edib. Oyun başa çatdıqdan sonra "İstefa" şüarları davam edib.

AVRO-2016
Seçmə mərhələ
9 sentyabr

Azərbaycan - Bolqarıstan 1:1

Qollar: Dmitri Nazarov, 54 - İlian Miçanski, 14. Ventsislav Xristov, 87.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR