Azərbaycan - Xorvatiya matçının hakimi dəyişdirildi

Azərbaycan - Xorvatiya matçının hakimi dəyişdirildi

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində yığmamızın Xorvatiya ilə matçına hakim təyinatlarında dəyişiklik olub.
 
Sport7.az xəbər verir ki, əvvəlki təyinatda yer alan yan xətt hakimi Sladan Yosipoviçin səhhətində problem yarandığı üçün onu Aalain Heineiger əvəzləyəcək. 
 
Görüşü İsveçrədən olan hakimlər briqadası təmsil edəcək. Baş hakim Sandro Şörerə Heinigerlə yanaşı Stefan De Almeyda kömək edəcək. Dördüncü hakim funksiyasını isə Fedayi San yerinə yetirəcək.
 
Görüşün hakim-inspektoru Aleksandru Dyakonu (Rumıniya), UEFA nümayəndəsi isə Belarusdan Sergey İliç olacaq.

8-ci km stadionununda baş tutacaq matçın start fiti sentyabrın 10-da, saat 20.00-da səsləndiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR