Azərbaycanda azarkeşlər hakimə qəzəblənib,

Azərbaycanda azarkeşlər hakimə qəzəblənib, "nömrəsini" sökdülər


Bu gün Topaz Premyer Liqasında 17-ci tura yekun vurulur. Futbolinfo.az xəbər verir ki, "Sumqayıt" evdə "Qəbələ" ilə 1:1 bərabərə qalıb. "Kapital Bank Arena”da keçirilən oyundan baş hakim Rəhim Həsənovun qonaqların lehinə şübhəli penalti qərarı vərməsilə hesab (87-ci dəqiqə) 1:1 olub. Elə bu epizoddan sonra da ara qarışıb və azarkeşlər referinin ünvanına təhqirdolu ifadələr səsləndirməyə başlayıb.
 
Qarşılaşmadan sonra Həsənov stadiondan çıxıb, polis nəzarətində şəxsi avtomobilinə (Prado) tərəf gedərəkən, sürprizlə qarşılaşıb. Belə ki, o, maşının arxasındakı dövlət nömrə nişanının söküldüyünü görüb.

Həsənov nömrəsi tapımadan ərazini tərk edib.

Sport7.Az-ın əldə etdiyi məlumata görə, artıq maşının nömrəsi tapılıb. Bu barədə artıq Sumqayıt polisinin əməkdaşları Həsənova zəng edərək məlumat veriblər.

Sport7.Az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR