Azərbaycanda boccia üzrə yarış keçiriləcək (FOTOLAR)

Azərbaycanda boccia üzrə yarış keçiriləcək (FOTOLAR)

Azərbaycanda Boccia idman növü üzrə "Seni Cup" Azərbaycan Çempionatı keçiriləcək.

Sport7.az xəbər verir ki, çempionatın qrup mərhələləri üzrə yarışlar 7 dekabr tarixində başlayacaq. Final mərhələsi isə 13 dekabr tarixində Bakı şəhərində baş tutacaq və nəticələrə əsasən Boccia üzrə Azərbaycan Milli Komandasını formalaşdırılacaq. Yarışda Azərbaycanın bütün regionlarından 80-dən çox fiziki məhdudiyyətli idmançı iştirak edəcək.

Bu gün Milli Paralimpiya Komitəsində çempionatla bağlı müzakirə aparılıb. Təşkilati işlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Boccia idman növü 1984-cü ildən paralimpiya oyunlarına daxil edilib və 20 il ərzində, populyarlıq qazanaraq, 50 ölkədə tətbiq olunur və surətlə inkişaf edir. Bu idman növü ilə bütün ağır kateqoriyalı (uşaq serebral paraliçi, əzələ distrofiyası, beyin travması, dayaq-hərəkət aparatının pozulması) əlilliyi olan insanlar məşğul ola bilərlər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR