Azərbaycanda daha bir futbol klubu dağıldı

Azərbaycanda daha bir futbol klubu dağıldı

Region Liqasında çıxış edən "Ağsu Siti" komandası fəaliyyətini dayandırıb. 

Sport7.az xəbər verir ki, bu barədə klubun "facebook" səhifəsi məlumat yayıb. 

Buna səbəb komandanın üzləşdiyi maliyyə problemidir. Klubdan verilən açıqlama görə, komandanın ötən gün İmişli təmsilçisi ilə görüşü son olub. 

Qeyd edək ki, "Ağsu Siti" komandasına Rəmzi Eminli rəhbərlik edib. Maliyyə sıxıntısı ilə üzləşən klub rəsmiləri sponsor üçün bir sıra yerlərə müraciət etsə də, müsbət cavab almadığı üçün fəaliyyətini dayandırmaq qərarına gəliblər. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR