"Azərbaycanda güləş bir nömrəli idman növüdür" - Komandamızın baş məşqçisi

Çimərlik güləşi üzrə yığmanı formalaşdırmaq və yarışlara hazırlaşdırmaq məqsədilə çimərlik güləşi üzrə yeni yaradılan komandaya baş məşqçi vəzifəsinə təyin olunan dünya çempionu Oyan Nəzəriani təyinatı ilə bağlı danışıb.
 
Sport7.az xəbər verir ki, Nəzəriani bu gün Güləş Federasiyasında keçirilən iclasda çıxarılan qərarlardan sonra fikirlərini bölüşüb: "Ötən il federasiya bizi çimərlik güləşi üzrə 5 yarışa göndərdi. Nəticələr də yaxşı oldu. Artıq çimərlik güləşi üzrə zal istifadəyə verilib. Bu zal qış aylarında da məşq etməyə imkan verəcək. Azərbaycanda güləş bir nömrəli idman növüdür. Çalışacağıq ki, çimərlik güləşi də güləşin digər növləri kimi yüksək səviyyəyə çatsın, yaxşı nəticələrimiz olsun".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR