Azərbaycanda

Azərbaycanda "Koreya səfiri kuboku" keçiriləcək

Azərbaycan Taekvondo Federasiyasının (ATF) və Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə taekvondo üzrə gənclər arasında "Koreya səfiri kuboku" keçiriləcək.

Sport7.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində 13-14 sentyabr tarixlərində keçiriləcək yarışda 2002-2004 təvəllüdlü gənc taekvondoçular dayanq üzərinə çıxacaq.

Yarış Azərbaycanda və bölgələrdə taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında idman sahəsində əlaqələrin inkişafı, idmançıların yarış təcrübəsinin və ustalığın artırılması məqsədi daşıyır.

"DAEDO” beynəlxalq taekvondo qaydaları üzrə keçiriləcək turnirin sonunda ilk üç yeri tutan idmançılar ATF və Koreya Respublikası səfirliyinin təsis etdiyi kubok, diplom, medallar və qiymətli hədiyyələr ilə mükafatlandırılacaqlar.

İştirakçı siyahısının son qəbul günü 10 sentyabr olacaq. Ayın 13-də isə idmançılarn çəki nəzarəti keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR