Azərbaycanda oynamış sabiq futbolçu vəfat etdi

Azərbaycanda oynamış sabiq futbolçu vəfat etdi

Tovuzun "Turan" və İmişlinin "MKT Araz" komandasının gürcüstanlı sabiq futbolçusu Tengiz Siçinava vəfat edib.

Sport7.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi 49 yaşında dünyasını dəyişib.

Gürcüstan millisinin də formasını geyinmiş Siçinavanın ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Tengiz Siçinava 2005-ci ildə "Turan"da, 2006-cı ildə isə "MKT-Araz"da çıxış edib. O, 1999 - 2000-ci illərdə 10 dəfə Gürcüstan yığmasının heyətində meydana çıxıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR