Azərbaycanda velosiped yarışının vaxtı sərt karantinə görə dəyişdi

Azərbaycanda velosiped yarışının vaxtı sərt karantinə görə dəyişdi

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) iyunun 6-na nəzərdə tutulan yarışın vaxtını dəyişib. 

Bu barədə "Report"a AzVİF-in mətbuat katibi Pərviz Musayev məlumat verib. 

O bildirib ki, buna səbəb qarşı iki həftə sonu üçün qadağaların tətbiqidir. 3 iyun - Ümumdünya Velosiped Gününə həsr edilmiş trek üzrə Federasiya Kuboku iyunun 9-da Respublika Velotrekində olacaq. 

Qeyd edək ki, yarışın daha öncə iyunun 6-da keçirilməsi planlaşdırılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR