Azərbaycanda yeni futbol klubu yaradıldı

Azərbaycanda yeni futbol klubu yaradıldı

Azərbaycanda "Xəzər” adlı yeni klub yaradılıb.

Sport7.az xəbər verir ki, Bakı klubunun yaradılması barədə məlumatı idman jurnalisti, əvvəllər "Əlincə” və "Xocalı” kimi aşağı yaş qrupları üzrə klublarda işləmiş Mirələm Həsənli verib.
 
"Geridə qoyduğumuz illər ərzində uşaq futbolu sahəsində qazandığımız təcrübəyə əsaslanaraq bu günlərdə yeni bir qərar qəbul elədik - Öz klubumuzu təsis edək.

Bu qərara gəlməyimizin əsl səbəbi - Bir neçə klubla işlədik, onlara öz təcrübələrimizi verməyə çalışdıq, inkişaf etmələrində yardımçı olduq, yaratdıq, yaratmaqda köməklik göstərdik. Bu, bəzi hallarda alındı, istəyimizə nail olduq..

...Bəzən də fikirlərimiz dəstəklənmədi. Baxış fərqləri, səlahiyyət məsələləri və s.

Təbii ki, bunlar narazılıq, şikayət cümlələri deyil. Nə olacaqdısa, olmalı idi. Düşünürəm ki, məhz bu olanlar sayəsində inkişaf etdik, immunitet yarandı. Həyat davam edir, biz də yerimizdə durmalı deyilik.

Bu gündən təsis etdiyimiz "Xəzər Bakı"nın ( Xəzər Bakı FK ) işləri ilə məşğul olacağıq. Hələlik bu qədər... İmkan düşdükcə klubdakı işlərlə bağlı yenə də məlumatlar paylaşacam. Allah yardımçımız olsun!"

Qeyd edək ki, daha əvvəl Lənkəranda və Bakıda belə adda klublar fəaliyyət göstərib. Bakıda fəaliyyət göstərən klub I divizionun qalibi olsa da, sahibi Emin Zeynalov pul maxinasiyasında əli olduğu üçün tutulub və komanda dağılıb.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR