Azərbaycandan gedən futbolçu geri qayıtdı:

Azərbaycandan gedən futbolçu geri qayıtdı: "Etdiyim hərəkətə görə peşmanam"

"Sumqayıt" yarımmüdafiəçisi Aleksey İsayev komandaya qoşulub.
 
Sport7.az xəbər verir ki, futbolçu klubun rəsmi saytına fikirlərini bölüşüb: "Etdiyim hərəkətə görə peşmanam. Düşünürəm ki, klubla aramda anlaşılmazlıq olmuşdu. Öz oyunumla baş verənləri unutdurmağa çalışacam. Futbol mənim həyatımdır, bu səbəbdən hərşeyi unutmaq istəyirəm. Baş verənlərə görə Sumqayıt ailəsindən üzr istəyirəm. Klub rəhbərliyi və məşqçi heyətinə məni anlayışla qarşıladığına görə təşəkkür edirəm. Əvvəlki formamı bərpa edib yenidən "Sumqayıt" FK-ya kömək etməyə çalışacam".
 
"Sumqayıt"ın menecer-prezidenti Riad Rəfiyevin Azərbaycana gətirdiyi İsyaev yayda Azərbaycandan ayrılmışdı. Belə ki, Nikola Yurçeviç yığmaya dəvət etdiyi, genişləndirilmiş siyahıda yer alan futbolçulardan 23 nəfəri ayırıb və onlara məşq keçməyə başlayıb. Məlum olub ki, həmin 23 futbolçunun adı Macarıstanla qarşılaşmanın iştirak ərizəsinə daxil ediləcək. Aleksey İsayev isə düşərgəyə çağrılan 3 gənc futbolçu ilə birlikdə kənarda məşq etməli olub.
 
Bu isə "milliləşdirilmiş” futbolçunun xoşuna gəlməyib. Hələ məşq prosesi zamanı narazılığını bildirən Aleksey uca səslə aldadıldığını, Azərbaycana gələrkən ona millinin futbolçusu olacağına söz verildiyini bildirib. Nəticədə futbolçu ölkəni tərk edib və bir daha qayıtmayacağını açıqlayıb.
 
Ancaq görünən odu ki, "Sumqayıt"dan, Rəfiyevdən və AFFA-dan başqa heç kimə lazım olmayan futbolçu özünə klub tapa bilməyib və "üzünün suyu süzülə-süzülə" geri qayıtmaq məcburiyyətində qalıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR