Azərbaycanlı federasiya rəsmisi Moskva

Azərbaycanlı federasiya rəsmisi Moskva "Dinamo"sunun oyununda

Rusiya Federasiyasının paytaxtı Moskvada qadın voleybolçuları arasında Avropa Voleybol Konfederasiyası (CEV) Çempionlar Liqası keçirilir.
 
Sport7.az xəbər verir ki, yarışa Azərbaycan Voleybol Federasiyasının Regional Voleybol inkişaf mərkəzinin rəhbəri Nərgiz İsmayılova təyinat alıb.

Nərgiz İsmayılova Çempionlar Liqasının 4-cü mərhələsində E qrupunda çıxış edən Dinamo Moskva–Uraloçka matçının supervayzeri olacaq.

Avropa Voleybol Konfederasiyası (CEV) Çempionlar Liqası 21 noyabr 2019-cu ildə 20:00-da Moskva şəhərində yerləşən Dinamo Moskva İdman sarayında keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR