Azər Əliyevin koronavirus testinin nəticəsi açıqlandı

Azər Əliyevin koronavirus testinin nəticəsi açıqlandı

Azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi Rusiya təmsilçisi "Ufa"nın üzvlərinin koronavirus testinin nəticələri açıqlanıb. 

Sport7.az xəbər verir ki, futbolçular və texniki heyətlə yanaşı, klubun işçiləri də yoxlanılıb. Klubun rəsmi saytının məlumatına görə götürülən testlərin nəticəsi mənfi olub. 

Daha əvvəl "Dinamo"nun üç oyunçusu, "Rubin"in yarımmüdafiəçisi Konstantin Pliyev, "Lokomotiv"in hücumçusu Cefferson Farfanın da koronavirusun əlamətləri aşkarlanıb. Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib.
 
Əliyev "Ufa"da 2018-ci ilin avqustundan çıxış edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR