Azərbaycanlı hakimlər beynəlxalq yarışda idarəçilik etdi

Azərbaycanlı hakimlər beynəlxalq yarışda idarəçilik etdi

Ötən həftənin sonu böyüklər və yeniyetmə cüdoçular arasında Avropa kuboku uğrunda yarışlar keçirilib.
 
Sport7.az xəbər verir ki, Azərbaycanlı hakimlər də beynəlxalq turnirləri idarə edən ədalət təmsilçiləri arasında yer alıblar. Beynəlxalq dərəcəli hakim Valeh Məhərrəmov Polşanın Varşava şəhərində keçirilən böyüklər arasında Avropa kuboku yarışını idarə edib. Daha iki beynəlxalq dərəcəli referimiz Nazim Umbayev və Məhəmmədəli Quluzadə isə Türkiyənin Antalya şəhərində baş tutan yeniyetmə cüdoçuların Avropa kuboku yarışında ədalət təmsilçisi olublar. Hər üç hakimimiz yarış ərəfəsində baş tutan beynəlxalq seminarlarda da iştirak ediblər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR