Azərbaycanlı hakim

Azərbaycanlı hakim "Milan"ın oyununa təyinat aldı

Avropa Voleybol Konfederasiyası beynəlxalq dərəcəli hakim Zaur Hacıyevə növbəti təyinat göndərib.

Sport7.az xəbər verir ki, təmsilçimiz fevral ayının 13-də Milanda baş tutacaq kişi voleybolçular arasında keçirilən "Çelenc Kap”ın 1/8 final mərhələsində iş başında olacaq.

O, "Milan” (İtaliya) ilə "Mladost” (Xorvatiya) arasında cavab görüşündə baş hakim funksiyasını yerinə yetirəcək. Oyunda köməkçi referi isə ispaniyalı Fernando Benites olacaq.
 
Bu komandaların ilk qarşılaşmasında italyanlar 3:0 hesabı ilə qalib gəliblər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR