Azərbaycanlı hakim Rusiyada ən yaxşı seçildi

Azərbaycanlı hakim Rusiyada ən yaxşı seçildi

Taekvondo üzrə hakimlərimiz beynəlxalq arenalarda keçirilən yarışlarda döyüşləri növbəti dəfə uğurla idarə ediblər.

Sport7.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskva şəhərində 28-29 sentyabr tarixlərində təşkil edilən "Rossia Open" G1 kateqoriyalı turnirdə döyüşləri idarə edənlər arasında dörd ədalət təmsilçimiz də yer alıb.

Beynəlxaq dərəcəli hakimlərimizdən Ramal Camalov, Tural Vəlibəyov, Elşad Məmmədov, və Coşqun Nadirovun iştirak etdiyi yarışda Tural Vəlibəyov idarə etdikləri döyüşlərdə verdikləri düzgün qərarları ilə yarışın "ən yaxşı hakimi" adına layiq görülüb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR