Azərbaycanlı jurnalist dünya kubokunun qalibi oldu – FOTOLAR

Azərbaycanlı jurnalist dünya kubokunun qalibi oldu – FOTOLAR

Litvanın Druskininkay şəhərində jurnalistlər araslnda futbol üzrə Dünya Media Kuboku turniri başa çatıb.

Sport7.az xəbər verir ki, dünya kubokunda Azərbaycanı təmsil edən komanda iştirak etməsə də, həmyerlimiz Elnur Əşrəfoğlu turnirə dəvət alıb. Təcrübəli həmkarımız yarışda Moldova komandasının formasını geyinib.

10 ölkənin mübarizə apardığı dünya kubokuna yerli Litva ilə yanaşı Almaniya, Rusiya, Misir, Latviya, Ermənistan, Belarus, Ukrayna, Qazaxıstan və Moldovadan olan komandalar qatılıb.

Tanınmış jurnalist Elnur Əşrəfoğlunun çıxış etdiyi Moldova komandası dairəvi sistemlə keçirilən yarışın qalibi olub. Onlar bunu finişə iki tur qalmış rəsmiləşdiriblər. Aktivində 5 qol olan Elnur Moldova komandasının ən yaxşı qolçusu adını da qazanıb.

Moldova komandası prinsipial qarşılaşmada erməniləri 2:0 hesabıyla məğlub edib. Bədnam qonşularımızın gümüş medal qazandığı turnirdə Ukrayna 3-cü yeri tutub.

Əldə etdiyimiz məlumata görə, əvvəllər dəfələrlə Azərbaycanın jurnalist yığmasının heyətində çempionluq sevinci yaşayan Əşrəfoğlu bundan sonra da Moldovanın heyətində çıxış edəcək.

Qalibləri mükafatlandırma mərasimində Druskininkay şəhərinin meri Riçardas Malinauskas da qatılıb. Kubok Moldova millisinin kapitanı Eduard Çiobanuya təqdim edilib.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR