Azərbaycanlı milyarder

Azərbaycanlı milyarder "Qalatasaray"la anlaşdı - FOTOLAR

 "Qalatasaray" klubu "LUKoil" şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

Sport7.az klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, əldə olunan razılığa əsasən, "Qalatasaray" azerkeşləri "LUKoil" yanacaq doldurma məntəqələrindən güzəştli qiymətə yanacaq alacaqlar. Bu endirimlərdən yaranmaq istəyən sürücülər "GSLUKoilcard" istifadə etməlidilər. 

Türkiyədə 400-dən çox YDM-də istifadə edilə bilən kart "Qalatasaray" azerkeşi olan sürücülərə münasib qiymətə benzin almağa imkan verir. 

"Qalatasaray" klubunun idarə heyətinin üzvü Əli Dürüst "LUKoil"lə 5 illik bir müqavilə imzaladıqlarını bildirərək sözlərinə belə davam edib:

"Bu əməkdaşlıq "Qalatasaray"ın marka dəyərini yüksəldəcək. Gördüyümüz işdən ümumi olaraq 10 milyon lirə gəlir əldə etməyi planlaşdırırıq".

"LUKoil" şirkətinin Türkiyə təmsilçisi Aleksander Terletskiy "LUKoil"in dünyanın ən böyük 10 enerji firması arasında yer aldığını deyərək, "Qalatasaray"la anlaşmadan həm özlərinin, həm "sarı-qırmızılı" klubun, həm də tərəfdarların xeyir qazanacağını sözlərinə əlavə edib.

Rusiyanın "LUKoil” şirkətinin prezidenti azərbaycanlı milyarder Vahid Ələkbərovdur. Şirkət bu ilin 9 ayı ərzində 5,7 milyard dollar təmiz gəlir əldə edib. "LUKoil” bir gündə 2,3 milyon barrel neft hasil edir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR