Azərbaycanlı mütəxəssis BƏƏ-də sertifikat aldı

Azərbaycanlı mütəxəssis BƏƏ-də sertifikat aldı

Təcrübəli azərbaycanlı mütəxəssis, "Neftçi" nin və ölkənin milli komandasının keçmiş masajçısı Faiq Hüseynov BƏƏ Səhiyyə Nazirliyindən sertifikat aldı.
 
Sport7.az xəbər verir ki, hazırda BƏƏ-də masajçı kimi fəaliuyyət göstərən Faiq bəy ilk yardım kurslarına qatılıb. O ürək fəaliyyətinin, tənəffüsün bərpası və hava yollarının təmizliyini təmin edilməsi ilə bağlı keçirilən kursları müvəffəqiyyətlə bitirib.
 
Dərslər Amerika Ürək Dərnəyinin (ANA) nümayəndələri tərəfindən keçirilib.
 
Ölkədə yeni çıxarılan qərara görə idman klublarında çalışmaq üçün tibb işçiləri müvafiq lisenziyaya sahib olmalı və buna görə Səhiyyə Nazirliyindən arayış almalıdılar.
 
İstəyinə nail olan və tələb edilən lisenziyanı alan Hüseynov da artıq BƏƏ-də işini davam etdirə biləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR