Azərbaycanlı para cüdoçulara anti-dopinq təlimi keçirildi

Azərbaycanlı para cüdoçulara anti-dopinq təlimi keçirildi

Azərbaycanın cüdo üzrə oğlanlardan və qızlardan ibarət paralimpiya yığma komandalarına anti-dopinq təlimi keçirilib.

Sport7.az xəbər verir ki, təlim bu gün Azərbaycan Milli Paralimpiya Komitəsinin ofisində baş tutub. Azərbaycan Milli Antidopinq Agentliyi - AMADA-nın təlimlər üzrə meneceri Lalə Hacıyeva idmançıları dopinqlə bağlı maarifləndirib. İdmançılara dopinq nəzarəti prosesi, məkan məlumatlarının təqdim edilməsi, qadağan edilmiş maddələr və digər məsələlərlə bağlı ətraflı məlumat verilib.

Daha sonra AMADA-nın əməkdaşlarını MPK prezidenti İlqar Rəhimov qəbul edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR