Azərbaycanlı şahmatçılar reytinqdə gerilədi

Azərbaycanlı şahmatçılar reytinqdə gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yanvar ayı üçün reytinq siyahısını açıqlayıb.

Sport7.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçiləri bir pillə geriləyib.

Aktivində 2770 xalı Şəhriyar Məmmədyarov 8-ci, Dünya Kubokunun qalibi Teymur Rəcəbov 2765 xalla 11-ci pilləyə enib.

Əvəzində 11 pillə irəliləyən Nicat Abbasov (2668) 71-ci, 3 pillə irəliləyən Qədir Hüseynov (2666) 74-cü, 4 pillə irəliləyən Rauf Məmmədov (2659) 85-cidir. Arkadi Naydiç isə yenə "100-lük"dən kənarda qalıb.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2872 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2822 xalla 2-ci, çinli Dinq Liren 2805 xalla 3-cüdür.

Qadınlardan 1 pillə geriləyən Günay Məmmədzadə 2455 xalla 28-ci, Gülnar Məmmədova 2386 xalla 77-ci, 11 pillə geriləyən Ülviyyə Fətəliyeva 2377 xalla 87-ci pillədə yer alıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR