Azərbaycanlı tankçının şərəfinə yarış keçiriləcək

Azərbaycanlı tankçının şərəfinə yarış keçiriləcək

27-29 sentyabr tarixlərində Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş ənənəvi beynəlxalq turnir keçiriləcək.
 
Sport7.az xəbər verir ki, bu dəfə "Olimpiya ümidləri" adlandırılan yarış, 6-13 yaşlı uşaqlar arasında təşkil olunacaq.

Gənclər və İdman nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkil etdiyi beynəlxalq xatirə turniri "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçiriləcək. 28 sentyabr saat 17:00-da turnirin təntənəli açılış mərasimi olacaq. Xatirə turnirinə beynəlxalq hakimlər də dəvət olunacaq. Yarışda 10-dan artıq ölkə idmançılarının iştirakı gözlənilir. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR