Azərbaycanlı üzgüçülər Polşaya yola düşüb

Azərbaycanlı üzgüçülər Polşaya yola düşüb

Azərbaycanın üzgüçülük üzrə paralimpiya yığma komandasının üzvləri Açıq Qış Birinciliyində iştirak etmək üçün Polşanın Şetsin şəhərinə yola düşüb.

Sport7.az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəinin idman şöbəsinin rəhbəri Rauf Mürsəlovun rəhbərliyi altında idmançılarımız 19-26 noyabr tarixlərində keçirilən yarışda iştirak edəcəklər.
 
Azərbaycanın üzgüçülük üzrə paralimpiya yığmasının artıq bir üzvü "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Ümumilikdə isə "Tokio 2020" paralimpiya oyunlarına qazanılan lisenziyalarımızın sayı 7-dir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR