Azərbaycanlıların klubu UEFA Kubokunun Elit raundunda!

Azərbaycanlıların klubu UEFA Kubokunun Elit raundunda!

İngiltərədə yaşayan azərbaycanlı iş adamlarının yaratdıqları "Baku Yunayted" futzal üzrə UEFA Kubokunun Elit raunduna vəsiqəni təmin edib. Sport7.az xəbər verir ki, Böyük Britaniya təmsilçisi qrupda keçirdiyi ilk iki oyunu qələbə ilə başa vurub.

"Baku Yunayted"in ilk qurbanı İtaliyanın "Luparense" komandası olub. İlk yarını tək qolla üstün qapadan "həmyerlilərimiz", fasilədən sonra daha inamlı təsir bağışlayıblar. Nəticədə "Baku Yunayted" 6:2 hesablı qələbəni bayram edib.

Həmvətənlərimizin klubunun 2-ci oyunu da eyni ssenari ilə keçib. Serbiyanın "Ekonomats" kollektivi ilə qarşılaşmanın ilk yarısında 1 top üstünlüyü qazanan "Baku Yunayted" (2:1) 2-ci hissədə qələbəsini möhkəmləndirib. Tabloda əks olunan yekun nəticə 4:1 olub.

"Baku Yunayted" qrupdakı son matçını hər 2 görüşdə məğlub olan Yunanıstanın "Atina" kollektivinə qarşı keçirəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR