Azmun millidən niyə gedib? – Şok səbəb

Azmun millidən niyə gedib? – Şok səbəb

İran millisinin və "Rubin”in hücumçusu Sərdar Azmun milli karyerasını bitirdiyini açıqlamaqla hamını təəccübləndirdi.

Sport7.az xəbər verir ki, 23 yaşlı futbolçunun İran millisindən imtina etməsi ciddi müzakirələrə səbəb olub. Azmun özü açıqlamasında konkret səbəb göstərməsə də, fikrində qəti olduğunu bildirib.

Əldə etdiyimiz məlumata görə, Azmunun millidən getməsinə səbəb iranlı fanatların onu təhqir etməsidi. Onlar türk əsilli hücumçunun millidə ürəklə oynamadığını düşünərək onu təhqir ediblər. Anasının da təhqir edildiyini və bu söz-söhbətdən narahat olduğunu görən Sərdar milli komandadan birdəfəlik getməyə qərar verib.

Onun bundan sonra yalnız klubunda oynayacağı gözlənilir. İran Futbol Federasiyası hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR