Babayev:

Babayev: "Qol vurmamağımızın əsas səbəbi şanssızlıq idi"

"Qarabağ"ı təbrik edirəm. Bilirik ki, Azərbaycanın ən güclü klublarından biridir". 

Sport7.az xəbər verir ki, bu fikirləri "Sabah"ın məşqçisi Rövşən Babayev Premyer Liqanın VII turunda "Qarabağ"a uduzduqları (0:2) oyundan sonra deyib. Mütəxəssis bildirib ki, Ruslan Abışovun görüşdə iştirak etməməsi zədə ilə bağlıdır: "Abışov yaxın zamanlarda məşqlərə başlayacaq. Cavid İmamverdiyev isə 10-15 gün olmayacaq. Futbolçulara minnətdarlığımı bildirirəm ki, əzmkarlıq göstərdilər. Həftə ərzində yaxşı çalışmışdılar. Qol vurmamağımızın əsas səbəbi şanssızlıq idi. İmkanlar oldu, yararlana bilmədik. Bugünkü oyuna görə oyunçulara təşəkkür düşür". (report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR