Badmintonçularımızdan uğursuz çıxış

Badmintonçularımızdan uğursuz çıxış

Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni İndoneziyanın Malanq şəhərində keçirilən "BWF Tour Super 100" seriyalı "YUZU Indonesia Masters 2019" turnirində çıxışını başa vuub.
 
Sport7.az xəbər verir ki, mübarizəyə əsas mərhələdən başlayan badmintonçularımızdan Edi Reski Dviçayo 1/32 finalda malayziyalı Eveşqaran Vasiqaran üzərində 2:0 (22-20,21-16) hesablı qələbə qazanıb. Edi növbəti mərhələdə indoneziyalı İkhsan Leonardo İmanuel Rumbayla qarşılaşıb. 3 set davam edən görüşdə Dviçayo 1:2 (21-17,10-21,12-21) hesabı ilə uduzub.
 
Ezmi Qovimuradhoni isə əsas mərhələdə indoneziyalı Visnu Yuli Prasetyoya 0:2 (9-21,11-21) hesabı ilə uduzub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR