Bakı birinciliyində ilk günün qalibləri bəllidi

Bakı birinciliyində ilk günün qalibləri bəllidi

Fövqaladə Hallar Nazirliyinin Hövsanda yerləşən Olimpiya İdman Mərkəzində kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər birinciliyinə start verilib.
 
Sport7.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 718 cüdoçu mübarizə aparır. Paytaxtın 62 klubunu təmsil edən kiçik yaşlı cüdoçular qalib adı uğrunda yarışıblar.
 
Birinciliyin ilk günü oğlan və qızlar arasında 5 çəki dərəcələrində mükafatçılar müəyyənləşib. Müxtəlif çəki dərəcələrində Fatimə Xayırova, Darya Bıkova, Səfiyyə Əzizova, Zəhra Hüseynzadə, Aysun Məmmədova, İsmayıl İsmayılzadə, Rəsul Əlizadə, Elnur Sultanov, Murad Rüstəmli və Səid Hüseyniv bütün rəqiblərinə qalib gələrək paytaxt birinciliyinin qalibi adına layiq görülüblər.
 
Mükafatçılara diplom və medallar təqdim olunub. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR