Bakıda baş vermiş lyuk qəzası ilə bağlı - BƏYANAT

Bakıda baş vermiş lyuk qəzası ilə bağlı - BƏYANAT

Bakı Şəhər Halqası Əməliyyatı Şirkəti (BŞH) bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinin birinci sərbəst yürüşü zamanı baş verən lyuk qəzası ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Nəzərinizə çatdırmaq istərdik ki, bu gün keçirilən birinci sərbəst yürüş sessiyası lyuk qapağının yerindən tərpənməsi nəticəsində ləğv olunub. Əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq, sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır.

Hazırda Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə birlikdə həmin lyukun təhlükəsiz şəkildə əvəzolunması və trekdə olan bütün digər lyukların növbəti yarış sessiyasına qədər bir daha yoxlanılması istiqamətində işləyirik. Pilotların təhlükəsizliyi bizim üçün hər zaman ən ümdə və ən yüksək məsələdir.

Trekdə olan 300-dən çox lyukun təkrar yoxlanılması prosesi başa çatdıqdan dərhal sonra növbəti yarış sessiyasına start veriləcək. Yeniliklər olduqca sizi tezliklə məlumatlandıracağıq".

Qeyd edək ki, sərbəst yürüş zamanı "Vilyams" pilotu Corc Rassellin bolidinin alt hissəsi lyuk qapağına təmas edərək sıradan çıxmışdı. Nəticədə trasda qırmızı bayraqlar dalğalanmış və birinci sərbəst yürüş sessiyası erkən bitmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR