Bakıda daha bir gimnastika yarışı təxirə salındı

Bakıda daha bir gimnastika yarışı təxirə salındı

Bakıda keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Dünya Kubokunun vaxtı dəyişdirilib.

Sport7.az xəbər verir ki, bu haqda Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytı məlumat yayıb. Yarış qeyri-müəyyən vaxtadək təxirə salınıb. Yeni tarix bir müddət sonra açıqlanacaq. 

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Kuboku 24 - 26 apreldə keçirilməli idi.

Daha öncə 17 - 19 aprelə nəzərdə tutulan bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci açıq turnir ləğv edilib. Mart ayında Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku isə koronavirusa görə yarımçıq dayandırılıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR