Bakıdakı DÇ-nin ilk qızıl medalını rus idmançı qazandı

Bakıdakı DÇ-nin ilk qızıl medalını rus idmançı qazandı

Rusiya gimnastı Yekaterina Seleznyova Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının ilk qızıl medalını qazanıb.

Sport7.az xəbər verir ki, rusiyalı gimnastın çempionatın fərdi proqramında halqa ilə final yarışlarındakı çıxışı hakimlər tərəfindən 23,500 xalla qiymətləndirilib.

Çempionatın gümüş medalına 23,400 xalla İsrail təmsilçisi Linoy Aşram, bürünc mükafatına isə digər rusiyalı idmançı Dina Averina (23,350 xal) sahib olub.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR