“Bakıya 30-a yaxın ölkənin rəsmisi gələcək”

“Bakıya 30-a yaxın ölkənin rəsmisi gələcək”

"Birinci Avropa oyunlarına 10 gün vaxt qalsa da, Bakı gələcək qonaqları qarşılamağa tam hazırdı”. 

Apasport.az saytının məlumatına görə, bu sözləri Bakı-2015-in İcraçı Direktoru Azad Rəhimov deyib.
 
Gənclər və İdman Naziri Bakı-2015 Məşəlinin Bakı marşrutunun açıqlanması ilə bağlı keçirilən tədbirdə son hazırlıqlardan söz açıb. Bundan əlavə, o, Məşəl səyahətinə də toxunub: "Bakı Avropa Oyunlarına tam hazırdı. Buna idman obyektləri və Atletlər Kəndi daxildi. Bakı-2015-in Məşəli 1 aylıq səyahətini 5 gün sonra başa vurub, Bakıya qayıdacaq. Məşəl səyahətində 150 nəfər iştirak edib. İdman üzrə göstərilən xidmətləri və yerli təşkilatlar üçün öz vacibliyi ilə seçilən 1000-dən çox məşəlçi Avropa Oyunları Məşəlinin daşınması şərəfinə nail olublar”.
 
Azad Rəhimov vurğulayıb ki, Ermənistan Avropa Oyunlarını canlı yayımlamaq istəyir: "Ermənistan Avropa Oyunlarını televiziya vasitəsilə göstərmək istəyindədi. Lakin hələ rəsmi bir şey yoxdu və danışıqlar davam edir. Bizdə olan məlumata görə, Bakıya 30-a yaxın ölkənin rəsmisi gələcək”.
 
Bakı-2015-in İcraçı Direktoru müğənni İlhamə Quliyevanın da məşəl daşımasına aydınlıq gətirib. O bildirib ki, Bakıda 150 məşəlçi arasında Quliyeva da yer alacaq: "Ola bilsin,  qaça bilməsin, amma 10-20 metr yerisin. Yəni, o, məşəlçilər arasında olacaq”.
 
Nazir məşhur idmançıların məşəli daşımamasına da münasibət bildirib. Onun sözlərinə görə, məşəli sırf idmançıların daşıması ilə bağlı əvvəldən də ideya olmayıb: "Biz rayonlara müraciət etdik. Orada tanınmış, ictimaiyyəti əhatə edən insanlar idi. Təkcə idmançılar yox, digər tanınmış şəxslərin siyahısı təqdim olunub. Azərbaycanı dünyaya tanıdan insanlar idilər. Məsələn, Əlibaba Məmmədov deyir ki, səhhətimlə əlaqədar, məşəli daşımaq çətindi. Biz də onu anlayışla qarşıladıq və məşhur xanəndəmizi layiqli adamla əvəz edəcəyik”.
 
Qeyd edək ki, tədbirin sonunda keçmiş güləşçi Fərid Mansurov məşəli bir daha nümayiş etdirib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR