Balaca paralimpiyaçıların uğuru (FOTOLAR)

Balaca paralimpiyaçıların uğuru (FOTOLAR)

Sumqayıtda yerləşən Respublika Paralimpiya idman komplesində "Sumqayıt şəhərinin 70 illik" yubileyinə həsr olunmuş üzgüçülük idman növü üzrə açıq çempionat keçirilmişdir.

Sport7.az xəbər verir ki, çempionatda müxtəlif yaş kateqoriyalarından olan yüzədək idmançı, o cümlədən Uşaq Paralimpiya Komitəsinin idmaçıları iştirak etmişlər.

Yarışlarda 2009-2010 cu il təvəllüdlü idmançı uşaqlar arasında paralimpiyaçı Əli Vəliyev 50m , 2007-2008 ci il təvəllüdlü qızlar arasında yarışan paralimpiyaçı Elnarə Nizami 50m və 2007-2008 ci təvəllüdlü oğlanlar arasında 50m sərbəst üsulunda Əli Səfərəlizədə birinci yerə layiq görülmüşlər. Görmə məhdudiyyətli paralimpiyaçı Elxan Qurbanov isə öz yaşıdları arasında 3-cü yeri tutub.

Beləliklə, çempionatında iştirak edən uşaq paralimpiyaçılarımız 3 qızıl və 1 bürünc medal qazanmışlar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR