Balaca Rəsulun böyük uğuru – Fotolar

Balaca Rəsulun böyük uğuru – Fotolar

Karatenin Kyokuşin növü üzrə Azərbaycanın açıq milli çempionatı sona çatıb.

Sport7.az xəbər verir ki, uşaq, yeniyetmələr, gənclər, qadınlar və kişilər arasında Azərbaycan çempionatı "Sərhədçi” idman kompleksində keçirilib.

Bu dəfəki çempionat azyaşlı Rəsul Əfəndiyev üçün əlamətdar olub. Belə ki, "Katana” klubunu çempionatda uğurla təmsil edən Rəsul öz yaşıdları arasında bütün görüşləri qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hazırda Rəsul "Zəngi" litseyində 1-ci sinif şagirdidi.
 
"Katana” klubununun digər nümayəndələri də Azərbaycan çempionatında fərqləniblər. Rəsull yanaşı Güllü Əhmədova da qızıl medal qazanıb. Cəlil Kərimxanov, İsmayıl Şərafətdin, Güllü Səmədova 2-ci yeri tutub. Əli Əhmədov, Səid Abdullayev, Arzu Məmmədov isə bürünc medalçı kimi fərqləniblər. 

Qızıl medallı Rəsulun məşqçisi olan Rafael Abdullayev yetirməsinin gələcəkdə daha böyük uğurlar qazanacağına əmindi.
 

 

 
 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR