Balotelli yenidən İtaliyada

Balotelli yenidən İtaliyada

Mario Balotellinin yeni klubu müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, italyan futbolçu "Breşia" ilə müqavilə imzalayıb. Bu haqda klubdan məlumat verilib. 29 yaşlı hücumçu ilə müqavilənin müddəti 1 illikdi. Təcrübəli futbolçu bonuslarla birlikdə 1,5 milyon avro qazanacaq.

Balotelli karyerası ərzində İtaliyada "İnter", "Milan", İngiltərədə isə "Liverpul" və "Mançester Siti" kimi klubların formasını geyinib. Son olaraq Fransa "Marsel"ində çıxış edən forvard bu ölkədə "Nitsa"nın da şərəfini qoruyub.
 
Mario müxtəlif vaxtlarda İtaliya millisinin formasını geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR