Baqdatis:

Baqdatis: "Azarkeşləri və onların mənə hiss etdirdiyi emosiyaları geridə qoymaq kədərlidi"

"Vimbldon"un ikinci mərhələsində Matteo Berrettiniyə 0:3 (1:6, 6:7, 3:6) hesabı ilə uduzan Markos Baqdatis professional tennis karyerasını bitirib.

Baqdatis tennislə vidalaşmasına münasibət bildirib:

"Ağlasam da, xoşbəxt olduğumu deyə bilərəm. Sevindirici məqamdı, çünki gələcəyə ümidlə baxıram. Sadəcə, azarkeşləri və onların mənə hiss etdirdiyi emosiyaları geridə qoymaq kədərlidi.

Düşünürəm ki, idmançılar üçün ən dəyərli şeylər sevgi və hörmətdi. Azarkeşlər bütün bunları mənə hiss etdirdilər. Məncə, məni xoşbəxt, səmimi və azarkeşlərlə münasibətləri yaxşı olan sıravi bir insan kimi xatırlayacaqlar. İstənilən atlet üçün bu, ən böyük xoşbəxtlikdi.

Gülməli olan bilirsiniz nədi? 2004-cü ilin 4 iyulunda Yunanıstan futbol üzrə Avropa çempionatının qalibi olmuşdu. Bu turnir sayəsində hər şeyi qazanacağıma inanmağa başlamışdım. 2019-cu ilin 4 iyuludu və mən tennisdən gedirəm. Düşünürəm ki, hər şey aydındı.

Yunanıstan yığması məni inandırmışdı, indi isə mən ölkəm üçün irs qoyub gedirəm. Buna görə qürur duyuram".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR