“Barsa” havayı təklif edilən futbolçudan imtina etdi

“Barsa” havayı təklif edilən futbolçudan imtina etdi

"Barselona” kluba pulsuz başa gələcək transferdən vaz keçib.

Sport7.az xəbər verir ki, Kataloniya klubuna mövsümün sonunda "Çelsi” ilə müqaviləsi bitəcək Villian təklif olunub. Amma "Barselona” bu keçiddən imtina edib.

31 yaşlı braziliyalının tələb etdiyi 3 illik müqavilə və yüksək məvacib "Barselona” üçün sərfəli olmayıb. Onlar Villianın əvəzinə daha gənc futbolçu almağı planlaşdırırlar.

Villian ötən mövsüm "Barselona”nın maraq dairəsində olsa da, "Çelsi” futbolçusunun transferinə görə yüksək məbləğ tələb etmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR