"Barselona" alman qapıçı ilə danışıqlara başladı

"Barselona”nın qapıçısı Mark-Andre ter Ştegenin durumuna aydınlıq gəlir.
 
Sport7.az xəbər verir ki, 28 yaşlı qolkiper klubu ilə yeni müqavilə imzalamağa yaxındı. Rəhbərliklə futbolçu arasında koronavirus pandemiyası dönəmində dondurulan danışıqlar yenidən bərpa olunub. Bəzi tələblərindən imtina edən Almaniya millisinin üzvü yeni sazişə qol çəkməyə ilkin razılıq verib. Kataloniya klubu onun müqavilə müddətini 2025-ci ilə qədər uzatmağı planlaşdırır və danışıqlar müsbət məcrada davam edir.
 
Təcrübəli qolkiperin "Barselona” ilə müqaviləsinin müddəti 2022-ci ilin yayına qədərdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR