"Barselona" alman qapıçı ilə razılığa gələ bilmir

"Barselona" qapıçı Mark-Andre Ter Ştegenlə müqaviləni yeniləmək istəyir.
 
Sport7.az xəbər verir ki, ancaq klub rəhbərliyi futbolçu ilə gələcək maliyyə məsələsində razılığa gələ bilmir. İtaliya mətbuatının yazdığına görə, "Barsa" Ter Ştegenə hər mövsüm üçün 6.3 milyon avro təklif edir. Alman qapıçı isə ildə 10 milyon avro qazanmaq istəyir.

"Barselona"nın Ter Ştegenlə hazırkı müqaviləsinin müddəti 2022-ci ilə qədər qüvvədədir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR