"Barselona" Amin Haritlə maraqlanır

"Şalke"nin yarımmüdafiəçisi Amin Harit "Barselona"nın maraq dairəsindədi.

Bu barədə İspaniyanın "Sport" nəşri məlumat yayıb. Katalon klubunun skautları Bundesliqanın 8-ci turu çərçivəsində "Hoffenhaym" və "Şalke" arasında oynanılan matçda Haritin performansını stadiondan izləyiblər. Mərakeşli futbolçu sözügedən görüşdə 90 dəqiqə meydanda qalıb və sarı vərəqə ilə cəzalandırılıb.

Harit 2017-ci ildən bəri "Şalke"də çıxış edir. Cari mövsümdə Bundesliqada 8 oyunda meydana çıxan 22 yaşlı oyunçunun aktivində 4 qol və 2 məhsuldar ötürmə var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR