Andre Qomeş rəsmən

Andre Qomeş rəsmən "Everton"da (FOTOLAR)

"Everton" "Barselona"nın yarımmüdafiəçisi Andre Qomeşin transfer haqlarını ələ keçirib.

Liverpul klubu Qomeşə görə bonuslar da daxil olmaqla, 22 milyon funt ödəyəcək. Portuqaliyalı futbolçunun müqaviləsi 2023-24 mövsümünün sonuna kimi nəzərdə tutulub.

"Barselona" Andre Qomeşi 2016-cı ildə 37 milyon avro qarşılığında "Valensiya"dan transfer etmişdi. O, katalon klubunun heyətində 1 dəfə La Liqanın, 2 dəfə İspaniya Kubokunun və 1 dəfə İspanya Superkubokunun qalibi olub.

25 yaşlı oyunçu ötən mövsümü icarə əsasında "Everton"da keçirmişdi.
 





Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR