"Barselona", "Bavariya" və "Çelsi"yə "yox" dedi - "Ayaks"da qalır

"Ayaks"ın baş məşqçisi Erik ten Haq komandadan ayrılmaq niyyətində deyil.

Holland mütəxəssis Avropa nəhənglərinin istəyinə baxmayaraq, fəaliyyətini "Ayaks"da davam etdirəcəyini bildirib:

"Adımın "Barselona", "Bavariya" və "Çelsi" kimi klublarla hallanması yaxşı haldı. Ancaq mənim "Ayaks"la müqaviləm var və bu klubda çalışmaqdan məmnunam.

Biz artıq yeni planların müzakirəsinə başlamışıq. Hazırda klubu tərk etmək niyyətim yoxdu".

Qeyd edək ki, cari mövsümdə ten Haqın rəhbərliyi altında Hollandiya Kubokunu qazanan "Ayaks" daxili çempionatda da çempionluğa çox yaxındı. Həmçinin Amsterdam təmsilçisi Çempionlar Liqasında yarımfinala qədər irəliləyə bilmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR