"Barselona" bu cavan oğlanın yolunu gözləyir

"Barselona" gənc müdafiəçisinin yolunu gözləyir.
 
Sport7.az xəbər verir ki, katalon klubu hazırda "Mançester Siti"də çıxış edən Erik Qarsiyanın qayıtmasını səbirsizliklə gözləyir. "Diario Sport"un məlumatına görə Premyer Liqada uğurlu debüt etmiş və 9 matçda meydana çıxan 19 yaşlı mərkəz müdafiəçinin transferi ilə bağlı tərəflər artıq danışıqlara başlayıb.
 
"Barselona" Qarsiyanı gələn yay karyerasını başa vurmağı düşünən Jerar Pikenin əvəzləyicisi kimi görür. 
 
2017-ci ilin yayında "şəhərlilər" futbolçunu transfer etmək üçün "Barsa"ya 1.7 milyon funt-starlinq ödəmişdi. Hazırda onun qiyməti 6 milyon funt sterlinq dəyərində qiymətləndirilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR