"Barselona" ödəniş tələb etmədən Suaresin ABŞ-a transferinə razılıq verə bilər

"İnter Mayami" "Barselona"nın hücumçusu Luis Suaresin xidmətində maraqlıdı.

ESPN-in xəbərinə görə, "Barselona" Suaresin komandadakı gələcəyi ilə bağlı yekun qərar qəbul etməyib. Katalon klubunun rəhbərliyi yanvarda 33-cü doğum gününü qeyd edəcək forvardın əvvəlki formasından uzaq olduğunu başa düşür. Sadəcə, Suaresin Lionel Messinin ən yaxın dostlarından biri olması rəsmiləri düşünməyə vadar edir.

Normalda MLS klubları transfer ödənişi etmirlər. Onlar azad agentlərlə əməkdaşlığa üstünlük verirlər. Suares komandanı tərk etmək fikrinə düşərsə, "Barsa"nın onu heç bir ödəniş tələb etmədən sərbəst buraxması ehtimal daxilindədi. Bu yolla klub maaş yükünü azalda bilər.
 
Uruqvaylı futbolçunun "Barselona" ilə olan müqaviləsi 2021-ci ildə başa çatır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR