"Barselona" "El Klasiko"nun dekabrda keçirilməsinə razıdı

"Barselona" La Liqanın ilk dövrəsindəki "El Klasiko"nun Madriddə keçirilməsini qəbul etməyib.

"Barselona"nın rəsmiləri bu gün arqumentlərini İspaniya Futbol Federasiyasına təqdim ediblər. "El Mundo Deportivo"nun xəbərinə görə, katalon klubu 26 oktyabra planlaşdırılan matçın dekabrda keçirilməsinin əleyhinə deyil.

"Barselona"nın ev sahibliyi edəcəyi "El Klasiko"nun 18 dekabrda oynanılaması təklif olunur. Bu barədə yekun qərarı xüsusi komitə verəcək.
 
Qeyd edək ki, hazırda Kataloniyada siyasi vəziyyət gərgindi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR