"Barselona" futbolçuların maaşlarında endirim etməyi planlaşdırır

"Barselona" futbolçuların maaşlarında endirim etmək niyyətindədi.
 
Sport7.az xəbər verir ki, koronavirus səbəbindən katalon təmsilçisi maliyyə məsələləri ilə bağlı futbolçularla müzakirələr aparacaq. Klub onların bunu anlayışla qarşılayacağını düşünür. Ötən həftə rəhbərlik maaşların mövsümün sonuna qədər kəsilməsi ilə bağlı müzakirələr aparıb. 
 
La Liqa və UEFA çempionatın yaydan öncə bitməsiə ümid edir. Klublarn qazanclarının böyük hissəsi yaydakı gəlirlərdən ibarətdi. Bununla yanaşı çempionat başlasa belə hansı şərtlər altnda keçiriləcəyi maraq doğurur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR