"Barselona" futbolçusu ilə danışıqları dayandırdı

"Barselona”nın futbolçusu Usman Dembelenin gələcək taleyi qeyri-müəyyəndir.

Sport7.az xəbər verir ki, fransalı yarımmüdafiəçi martda seçiləcək klubun yeni prezidenti ilə müqavilənin uzadılmasını müzakirə etməyi planlaşdırır.

Mövcud sözləşməsi 2022-ci ilə qədər olan Fransa millisinin üzvü Kataloniya klubunun müvəqqəti rəhbərliyi ilə danışıq aparmaqdan imtina edib. "Barselona” rəhbərliyi yeni müqaviləyə müsbət yanaşmasa, mövsümün sonunda onu satacaq. "Mançester Yunayted”, "Çelsi”, "Yuventus” və "Bavariya” kimi klublar oyunçunun vəziyyətini yaxından izləyir.

23 yaşlı oyunçu cari mövsüm La Liqada 12 oyunda meydana çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR