"Barselona" Kurtua və Moratanın transferlərindən son anda imtina edib

"Barselona"nın sabiq vitse-prezidenti Jordi Mestre klubun keçmişdə Tibo Kurtua ("Real") və Alvaro Moratanı ("Atletiko") transfer etməyə yaxın olduğunu bildirib:

"2013-cü ildə Kurtuanın transferi ilə bağlı danışıqlarımız olmuşdu. Lakin sonda Andoninin (Subisarreta - Sport7.az) müdaxiləsindən sonra Ter Şteqen transfer edildi.

2019-cu ilin yanvarında Moratanın keçidi ilə bağlı da müzakirələr olmuşdu. Amma bəzi peşəkarlara görə, Alvaronun transferi paltardəyişmə otağında konfliktərə səbəb ola bilərdi. O, ehtiyatda qalmaq yox, oynamaq istəyirdi. Bu səbəbdən sonda transferdən imtina edildi".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR