"Barselona" Lautaro Martinesə görə 111 milyon avro ödəməyə hazırdı

"Barselona" "İnter"in hücumçusu Lautaro Martinesin xidmətində maraqlıdı.

"El Mundo Deportivo"nun xəbərinə görə, "Barselona"nın baş məşqçisi Kike Setyen, idman direktoru Erik Abidal və icraçı direktor Oskar Qrau arasındakı görüşdə Martinesin transfer edilməsi qərara alınıb.

"Katalonlar" argentinalı futbolçunun sərbəstqalma məbləğini - 111 milyon avro - ödəməyə hazırdı.

Qeyd edək ki, "Barsa" ilə yanaşı, "Real" da Martinesi transfer etmək niyyətindədi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR